- Baxış sayı: 20
- 28 Noyabr 2024 19:10
- Baxış sayı: 83
- Noyabr 28, 2024
- 0
“Zirə” premyer liqanın 2-ci turunda evdə “Neftçi”yə 1:2 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov bunu söyləyib:
“Maraqlı oyuna şahid olduq. Özəlliklə, 2-ci hissədə. İlk yarı isti havaya düşdü. Digərində intensivlik artdı. Oyun pis getmirdi. Durumu bərabərləşdirdiyimiz vaxtda qol buraxdıq. Sonra hücumlarımız yaxşı alınırdı. Amma ikinci qolu buraxdıq. Bundan sonra ruhdan düşməyib, fərqi azaltdıq. Amma vaxt yetmədi. “Neftçi”ni təbrik edirəm.
Gənc məşqçiyəm. İkinci mövsümümdür. Bu müddətdə hakim səhvlərindən bezmişəm. 59-cu dəqiqədəki epizoda yenidən baxmaq lazımdır. 3-cü dəqiqədə sarı vərəqə vermək xırda detaldır. Amma bunun nə olduğunu bilirəm. Söhbət tək bu oyundan getmir. “Qarabağ”la ötən tutdakı səhv, ötən mövsümdəkilər… İstəmərəm ki, hakim səhvi ilə qalib gəlim.
Hər şey ədalətli olsun. Hakim səhvləri ilə bağlı bir təqdimat hazırlaya bilərəm. İkili standartlar var. Mən hakim səhvlərindən artıq bezmişəm. Silsilə hakim səhvləri nə ilə bağlıdır? Mən sizə iki eyni epizod göstərərəm ki, birində penalti verilir, digərində yox. Fərqli də izah olunur. VAR gələnə qədər belə olmalıdır ki? Belə şeylər nəticəni başqa yerə aparır. Bu xırda səhvlər turnir cədvəlində xala təsir edir”.