- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

PSJ-nin keçmiş baş məşqçisi Maurisio Poçettino “Real”da çıxış edən Kilian Mbappe haqqında fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, argentinalı mütəxəssis Mbappenin axşamları evdə futbol matçlarına baxaraq keçirdiyini bildirib:
“Mbappe axşamları evdə futbol matçlarına baxaraq keçirirdi. Hərdən mənə zəng edib təhlil etdiyi oyunların fotolarını göndərirdi. O, hətta Portuqaliyanın ikinci divizion oyunlarına baxıb, bizə suallar verirdi. Kilian bunu öyrənmək və daha da yaxşı olmaq üçün edirdi”.