İlin ən yaxşısı “Qarabağ”dır

2019-cu ildə premyer liqada 112 oyun keçirilib.

Allsport.az xəbər verir ki, 2018/19 mövsümünün ikinci və 2019/20 mövsümünün ilk yarısında eyni 8 komanda mübarizə aparıb. Baş tutan 112 qarşılaşmada 279 qol vurulub. Orta məhsuldarlıq 2,49-a bərabər olub.

Çempionatda 2019-cu ilin ən yaxşısı “Qarabağ”dır. Ağdam klubu keçirdiyi 28 qarşılaşmada hamıdan çox – 20 qələbə qazanıb. İl ərzində yalnız bir dəfə uduzan Qurban Qurbanovun yetirmələri digərlərindən daha çox – 67 xal toplayıb. İkinci göstəriciyə malik “Neftçi” 17 xal az yığıb. 3-cü nəticə isə “Zirə”yə məxsusdur.

Həmin kateqoriyadan