“İlk addımımız pis alınmadı”

Təlim-məşq toplanışını Ərzurumda davam etdirən “Araz-Naxçıvan”, gündəlik məşqlərlə yanaşı, yoxlama oyunlarında da gücünü sınayır. Allsport.az saytı xəbər verir ki, komandamız ilk matçda Türkiyə superliqasından “Alanyaspor”la 1:1 edib. Mövsümlərarası fasilədə transfer edilən Benni ilk dəfə “qırmızı-ağlar”ın heyətində debüt edib. 2-ci hissədə meydana daxil olan portuqaliyalı futbolçu görüşlə bağlı təəssüratlarını bölüşüb:

“Alanyaspor”la oyun yoxlama xarakteri daşısa da, biz meydanda sanki günlərlə keçdiyimiz məşqlərin hesabatını verməyə çalışdıq. İlk oyunumuz idi, çatışmazlıqların olması normaldır, amma müsbət məqamlar da vardı. Məncə, ilk addımımız pis alınmadı, ancaq vacib olan baş məşqçinin fikirlərini və istəklərini düzgün icra etməkdir. Tədricən buna nail olacağımızı vurğulaya bilərəm”.

Həmin kateqoriyadan

azenrutr