- Baxış sayı: 27
- 13 Aprel 2025 13:35
- Baxış sayı: 55
- Aprel 11, 2025
- 0
Azərbaycan kubokunun finalı paytaxtın “Bakcell Arena”sında baş tutacaq. Allsport.az saytı xəbər verir ki, bu məkan ilk dəfə həlledici görüşə ev sahibliyi edəcək. İyunun 3-ündə saat 20:00-da gərgin mübarizədə “Neftçi” – “Qəbələ” üz-üzə gələcəklər.
Öncəki 28 finala 7 stadion ev sahibliyi edib. Tofiq Bəhramov adına mərkəzi arenada daha çox – 18 belə oyun keçirilib. Qəbələ şəhər stadionunda 3 final baş tutub.
Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionu və Naxçıvan stadionunun hərəsində 2, “Şəfa” (indiki “ASK arena”), “Dalğa arena” və “Bank respublika arena”da 1 dəfə kubokun qalibi müəyyənləşib.
1992-ci ildən keçirilən yarışda 2001-2002 və 2019-2020-ci il mövsümləri yarımçıq qalıb, 2002-2003-cü il mövsümü keçirilməyib.