İlk gündə 16 medal

Türkiyənin Ordu şəhərində yeniyetmə taekvondoçuların beynəlxalq turnirinə start verilib. Allsport.az saytı xəbər verir ki, 19 may Atatürkün anım, gənclik və spor bayramı münasibətilə keçirilən yarışın ilk günü dayanq üzərinə çıxan 16 milli üzvü fəxri kürsüyə qalxıb. 

Şamil Mirzəyev (33 kq), Nihat Məmmədzadə (37 kq), Kənan Əmiraslanov (45 kq), Nizamı Hacıyev (53 kq), Zemfira Həsənzadə (29 kq) bütün rəqiblərinə qalib gəliblər. Hikmət Həmidov (33 kq) Vaqif Hacıyev (45 kq), Nicat Hacıyev (53 kq), Sofiya Nəcəfova (29 kq), Nərgiz Kazımova (37 kq), Nəzirə Ölməz (47 kq) gümüş medalla kifayətləniblər. Asim Quliyev və Əzim Gülməmmədli (hər ikisi – 33 kq, İbrahim Əlizadə (61 kq), Vüsal Məmmədov (61 kq), Şəbnəm Novruzova (37 kq) 3-cü yer tutublar.

Həmin kateqoriyadan