- Baxış sayı: 6
- 28 Noyabr 2024 15:25
- Baxış sayı: 55
- Noyabr 28, 2024
- 0
“Zirə”nin futbolçusu İlkin Qırtımov komandanın heyətində ilk qolunu vurub. Allsport.az saytı xəbər verir ki, müdafiəçi ölkə çempionatının 24-cü turunun “Sumqayıt”la ev oyununda (2:0) rəqib qapısına yol tapıb.
İlkin “qartallar”ın tarixinə qol sevinci yaşayan 33-cü futbolçu kimi düşüb. Ona qədər 32 oyunçu bunu bacarmışdı. Bu siyahıda ilk üç yerdə Nelson Bonilla (14), Riçard Qadze (10) və Milan Duriç (8) qərarlaşıb.
Qeyd edək ki, “Zirə”də cari mövsümdə debüt edən Qırtımov qol hesabını premyer liqadakı 20-ci oyununda açıb.