- Baxış sayı: 202
- 30 Dekabr 2025 13:54
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0

Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov UNİCEF-in Azərbaycandaki nümayəndəliyin rəhbərinin müavini xanım Min Yuan ilə görüşüb. Allsport.az xəbər verir ki, görüşdə MPK prezidenti qonağa komitənin fəaliyyəti, əldə olunan nailiyyətlər barədə və bu il baş tutacaq Tokio-2020 yay paralimpiya oyunlarına hazırlıq barədə məlumat verib.
Komitə prezidenti Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması işində yeni mərhələ başlandığını qeyd edib.
Min Yuan MPK-nı beynəlxalq abilimpiya federasiyasına üzv seçilməyi ilə təbrik edib və UNİCEF-in bu istiqamətdə lazımi olacaq dəstəyi verəcəyini bildirib.