İlqar Rəhimov Yaponiyanın səfiri ilə görüşdü

Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori ilə görüşüb. Allsport.az xəbər verir ki, görüşdə komitənin prezidenti qonağa qurumun fəaliyyəti, əldə olunan nailiyyətlər, Bakıda keçiriləcək paracüdo üzrə dünya kuboku yarışları və Tokio-2020 yay paralimpiya oyunlarına hazırlıq barədə məlumat verib.

Rəhimov qurumun Yaponiya paralimpiya komitəsi ilə yaxından əməkdaşlıq etdiyini qeyd edib.

Səfir Teruyuki Katori AMPK ilə Yaponiya paralimpiya komitəsi arasında olan əməkdaşlığı yüksək qiymətləndirib. Daha sonra tərəflər gələcək əməkdaşlıq ilə bağlı müzakirələr aparıblar.

Həmin kateqoriyadan