- Baxış sayı: 102
- 21 Oktyabr 2025 19:23
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0
Türkiyə PTT 1-ci liqasında 23-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “Manisaspor” digər azərbaycanlı futbolçu Cavid İmamverdiyevli “Elazığspor”la qarşılaşıb.
Manisada keçirilən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Hər iki futbolçumuz start heyətdə meydana çıxıb. Subaşiç 66-cı dəqiqədə əvəzləndiyi halda, Cavid sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Elazığspor” hazırda 27 xalla 12-ci, “Manisaspor” isə 23 xalla 15-cidir.