“İnanırdıq, amma yetmədi”

“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli çempionlar liqasında “Qalatasaray”a qarşı keçirilən dramatik cavab oyunundan və turnirlə vidalaşdıqdan sonra duyğularını gizlətməyib. Allsport.az xəbər verir ki, ilk matçdakı böyük hesablı məğlubiyyətə (2:5) baxmayaraq, Turin klubu cavab qarşılaşmasında azlıqda qalmasına rəğmən 3 cavabsız qol vuraraq oyunu əlavə vaxta daşımağı bacarmışdı. Lakin əlavə vaxtda qapısında daha 2 qol görən “Yuve” ümumi hesabda məğlub olaraq mübarizəni dayandırıb.

Lokatelli oyundan sonra verdiyi açıqlamada komandanın son ana qədər inandığını vurğulayıb: “Düzünü desəm, ağlamaq istəyirəm. Biz buna həqiqətən inanırdıq. Bu oyuna bütün canımızı, qəlbimizi qoyduq. İlk matçdakı hadisələr işimizi çətinləşdirsə də, bu gün hər kəsə ürəkdən təşəkkür edirəm. Stadiondakı ab-hava inanılmaz idi, belə gecələr yaddaşlarda qalır. Bizə lazım olan bütün enerjini azarkeşlərimizdən aldıq”.

Həmin kateqoriyadan