- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Qarabağ” çempionlar liqasının pley-off mərhələsində “Nyukasl”la cavab oyununu keçirib.
Allsport.az xəbər verir ki, İngiltərədəki “Sent-Ceyms Park” stadionunda baş tutan görüşdə təmsilçimiz 2:3 hesabı ilə uduzub.
Ağdam komandasının qollarını Kamilo Duranla (51) Elvin Cəfərquliyev (58) vurub.
Tərəflər arasında Bakıda keçirilən matçda da qələbə qazanan (6:1) “Nyukasl” mərhələ adlayıb, “Qarabağ” üçün isə cari mövsüm üçün avrokubok yarışı başa çatıb.