- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Sərbəst güləş millisinin baş məşqçisi Namiq Abdullayev səfər öncəsi açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 50 yaşlı mütəxəssis komandanın Tokio oyunlarına hazır olduğunu bildirib:
“Şükürlər olsun ki, bu gün gəlib çatdı və biz Tokio-2020-yə yollanırıq. Pandemiyaya baxmayaraq, həm milli olimpiya komitəsi, həm gənclər və idman nazirliyi, həm də federasiya güləşçilərimiz üçün bütün lazımi şəraiti yaratdı.
Bundan öncə isə digər ölkələrdə hazırlıq keçib, beynəlxalq turnirlərdə iştirak etmişik. Göygöl olimpiya kompleksində həm fiziki, həm də döşək üzərində işlədir.
Bilirsiniz ki, 3 lisenziyasımız var. İdmançılarımız göstərilən diqqət və qayğı nəticəsində uzaq Yaponiyada etimadı doğrultmağa çalışacaqlar. İnanırıq ki, güləşçilərimiz həmişə olduğu kimi layiqincə çıxış edəcəklər”.
Qeyd edək ki, olimpiadada güləş yarışları avqustun 1-də başlayacaq.