- Baxış sayı: 31
- 08 Mart 2026 12:38
- Baxış sayı: 268
- Mart 05, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, əfsanəvi fransalı futbolçu və UEFA-nın sabiq prezidenti Mişel Platini futbolun məşhurlaşdırılması təklifi ilə çıxış edib. Sitat:
“Bəlkə komandalardan bir oyunçunu çıxarmalı, 10-a 10-a oynamalıyıq. 1900-cü ildən bəri futbol komandasında 11 oyunçu var idi. Lakin o vaxtlar oyunçular daha az qaçırdılar, o qədər də güclü deyildilər və o qədər də sürətli deyildilər.
Ola bilsin ki, oyunçuların sayını azaltmaqla yer boşalsın. Hər halda, mənim nəslimin adamları futbola o qədər də baxmır. Bugünkü oyunda özlərini görmürlər. İndi daha çox ötürmələr, daha çox mövqe ötürmələri var.
Mənim nəslimdən olan insanlar hücum futboluna öyrəşiblər. İndiki futbol artıq o qədər də cəlbedici deyil”.