FOTO
İngilis məşqçi arxasına və ayaqlarına qulluq etməyi sevir

Keyt Teylor İngiltərənin məşhur fitness-məşqçisi olmaqla yanaşı, biokimya tələbəsidir. Allsport.az xəbər verir ki, Keyt fitness simvolu olsa da, həmişə sağlam həyat tərzi sevən olmayıb.

İdmana başlamamışdan əvvəl artıq çəkidən əziyyət çəkib və öz bədən quruluşunu sevməyib. Qarşısına hədəflər qoyan ingilis idmançı istəklərini reallaşdırmağı bacardı. O, idman salonunda illərlə çalışdıqdan sonra istədiyi bədən quruluşuna nail olub.

Xəyallarını reallaşdıran Keyt bu gün İngiltərədə məşhur fintes-məşqçidir və bir çox qadın onun yanında hazırlıq keçir.

Keytin instaqramda 1 milyon izləyicisi var. O, tez-tez cazibədar fotolar paylaşır və kişiləri dəli-divanə edir. O, daha çox ayaqlarının və arxasının cazibədar olmasına çalışır. Bunun üçün həftədə üç dəfə xüsusi məşq edir.

Həmin kateqoriyadan