İngiltərə futbolunun əfsanəsi yaralarını paylaşdı – FOTO

“Nyukasl”ın və İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer sosial şəbəkə hesabında keçirdiyi yol qəzasının fəsadlarını nümayiş etdirib.

Allsport.az xəbər verir ki, velosipedlə hərəkətdə olarkən qəzaya düşən 55 yaşlı veteran futbolçunun paylaşdığı fotolarda onun qollarında və ayaqlarında ciddi kəsiklər, eləcə də sıyrıntılar olduğu görünür. Şirer hadisənin təfərrüatları və qəzanın necə baş verməsi barədə əlavə məlumat verməyib.

Alan Şirer karyerasının 10 ilini “Nyukasl”a həsr edib. O, bu müddət ərzində çıxdığı 404 matçda 206 qol vuraraq klubun tarixinə düşüb. Şirer həmçinin 260 qolla İngiltərə premyer liqası tarixinin ən məhsuldar oyunçusu ünvanını qoruyub saxlayır.

Həmin kateqoriyadan