İngiltərə klubu tənqid edildi

20 yaşlı futbolçu Samuel İlinq “Aston Villa” ilə müqavilə bağlamaq üçün bu yay “Yuventus”dan ayrıldı. Futbolçu uzun müddət İngiltərədə qalmayıb və o, artıq icarəyə verilib. İlinq cari mövsümdə “Bolonya”da çıxış edəcək.

Allsport.az xəbər verir ki, İtaliyanın “Il Resto del Carlino” nəşri “Aston Villa”nı bu oyunçu ilə bağlı qərar vermək üçün çox vaxt sərf etdiklərinə görə tənqid edib. Onların fikrincə, klub istedadlı oyunçunu sadəcə rədd edib, çünki onunla nə edəcəklərini bilmirdilər.

Həmin kateqoriyadan