“İnter” onu satmağa hazırdır

“Barselona” müdafiə xəttini gücləndirmək üçün əsas hədəf seçdiyi “İnter”in oyunçusu Alessandro Bastoninin transferində ciddi üstünlük əldə edib.

Allsport.az xəbər verir ki, Milan təmsilçisi yayda heyətdə böyük dəyişikliklər etməyə hazırlaşır və bu səbəbdən Bastoni də daxil olmaqla bir neçə ulduz futbolçusunu satmağa qərar verib.

Əvvəllər komandanın toxunulmaz oyunçusu hesab edilən 26 yaşlı müdafiəçi artıq satış siyahısına qoyulub. “Barselona”nın baş məşqçisi Hansi Flik italyan futbolçunun onun oyun sisteminə mükəmməl uyğunlaşacağını düşünür. Lakin bu transferdə əsas maneə qiymət amilidir. “İnter”in 2028-ci ilə qədər müqaviləsi olan Bastoni üçün 70 milyon avrodan aşağı təklifləri nəzərdən keçirməyəcəyi bildirilir.

Həmin kateqoriyadan