- Baxış sayı: 82
- 12 Dekabr 2025 10:18
- Baxış sayı: 97
- Dekabr 15, 2025
- 0
Avropa Liqasının üçüncü təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan İspaniyanın “Atletik” klubu yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Bilbao təmsilçisi İspaniyanın ikinci liqasında çıxış edən “Osasuna” ilə qarşılaşıb.
“İnter”in rəqibi bu görüşdə məğlubiyyətlə üzləşib. “Osasuna” bilbaolulara 2 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, “Atletik” “İnter”ə qarşı ilk oyunda 2:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı cavab görüşü avqustun 6-da Bakıda keçiriləcək.