- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inin rəqibi olan İslandiya “Hafnarfyordur”u ötən gecə ölkə çempionatında növbəti matçına çıxıb. Allsport.az xəbər verir ki, sözügedən komanda 11-ci tur çərçivəsində doğma meydanda “Filkir”i qəbul edib.
Qarşılaşma 2:2 hesabıyla başa çatıb. Heymir Qudyonssonun çalışdırdığı komanda 47-ci dəqiqədə məğlub duruma düşsə də, Boedvarsson (56) və Qudmundssonun qolları ilə önə keçməyə nail olub. Amma qonaqlar əlavə vaxtda daha bir qol vuraraq, liderdən xal almağı bacarıblar.
Qeyd edək ki, “İnter”in rəqibi 11 turdan sonra 24 xalla turnir cədvəlinə başçılıq edir.
Xatırladaq ki, “Hafnarfyordur”la “İnter” arasındakı ilk oyun iyulun 16-da baş tutacaq.