- Baxış sayı: 29
- 27 Mart 2026 21:10
- Baxış sayı: 35
- Mart 27, 2026
- 0

“İnter”in mərkəz hücumçusu və kapitan Lautaro Martinez Milanda oynamağa davam edəcək. Allsport.az saytı xəbər verir ki, tərəflər müqaviləni 30 iyun 2029-cu ilə qədər uzadıblar.
26 yaşlı argentinalı 2018-ci ilin yayında “Rasinq Avellaneda”dan “İnter”ə keçib. O vaxtdan bəri o, “neradzurri”nin heyətində 282 oyuna çıxıb, 129 qol vurub və 43 məhsuldar ötürmə edib.