- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının ikinci təsnifat mərhələsinin ötən gecə baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Allsport.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb.
Qeyd edək ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində “İnter”lə “Qəbələ” təmsil edir. Bakı klubu ötən gecə doğma meydanda İslandiya “Hafnarfyordur”u ilə sülh bağlasa da (2:2), ilk oyunda 2:1 hesablı qələbə sayəsində növbəti mərhələyə adladı. “Qəbələ” isə ilk oyunda 0:1 hesabıyla uduzduğu Serbiya “Çukariçki”sinə Bakıda 2 cavabsız qol vuraraq, adını üçüncü təsnifat mərhələsinə yazdırdı. “Qəbələ”nin qələbəsi və “İnter”in heç-heçəsi ölkəmizin xal ehtiyatını zənginləşdirdi. Belə ki, bakılılar ölkəmizin reytinq hesabına 0.125, qəbələlilər isə 0.250 xal yazdırmış oldular.
Amma bu, Azərbaycanın irəliləməsinə kömək etmədi. Hazırda UEFA reytinqində 54 ölkə arasında 29-cu pillədəyik. Azərbaycanın hesabında 12.250 reytinq xalı var ki, onun da 1.750 xalı cari mövsümdə qazanılıb (“İnter” – 0.625, “Qəbələ” – 0.500, “Qarabağ” – 0.375, “Neftçi” – 0.250). Yeri gəlmişkən, Azərbaycan hazırda Serbiya ilə eyni xala malikdir. Lakin serblər bu mövsüm daha çox (1.875) reytinq xalı qazandığı üçün Azərbaycandan öndə qərarlaşıblar.
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə, 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.
Sonda reytinq cədvəlinin hazırkı variantını diqqətinizə çatdırırıq:
# | Ölkə | 11/12 | 12/13 | 13/14 | 14/15 | 15/16 | r.xalı | klub |
1 | İspaniya | 20.857 | 17.714 | 23.000 | 20.214 | 2.285 | 84.070 | 7/ 7 |
2 | Almaniya | 15.250 | 17.928 | 14.714 | 15.857 | 1.714 | 65.463 | 7/ 7 |
3 | İngiltərə | 15.250 | 16.428 | 16.785 | 13.571 | 1.875 | 63.909 | 8/ 8 |
4 | İtaliya | 11.357 | 14.416 | 14.166 | 19.000 | 1.333 | 60.272 | 6/ 6 |
5 | Portuqaliya | 11.833 | 11.750 | 9.916 | 9.083 | 1.333 | 43.915 | 6/ 6 |
6 | Fransa | 10.500 | 11.750 | 8.500 | 10.916 | 1.333 | 42.999 | 6/ 6 |
7 | Rusiya | 9.750 | 9.750 | 10.416 | 9.666 | 0.800 | 40.382 | 5/ 5 |
8 | Ukrayna | 7.750 | 9.500 | 7.833 | 10.000 | 0.800 | 35.883 | 5/ 5 |
9 | Belçika | 10.100 | 6.500 | 6.400 | 9.600 | 1.200 | 33.800 | 5/ 5 |
10 | Hollandiya | 13.600 | 4.214 | 5.916 | 6.083 | 0.750 | 30.563 | 5/ 6 |
11 | Türkiyə | 5.100 | 10.200 | 6.700 | 6.000 | 1.200 | 29.200 | 5/ 5 |
12 | İsveçrə | 6.000 | 8.375 | 7.200 | 6.900 | 0.300 | 28.775 | 5/ 5 |
13 | Çex Respub. | 5.250 | 8.500 | 8.000 | 3.875 | 0.200 | 25.825 | 4/ 5 |
14 | Yunanıstan | 7.600 | 4.400 | 6.100 | 6.200 | 1.000 | 25.300 | 5/ 5 |
15 | Rumıniya | 4.333 | 6.800 | 6.875 | 5.125 | 1.000 | 24.133 | 3/ 4 |
16 | Avstriya | 7.125 | 2.250 | 7.800 | 4.125 | 0.400 | 21.700 | 5/ 5 |
17 | Xorvatiya | 3.750 | 4.375 | 4.375 | 6.875 | 1.750 | 21.125 | 2/ 4 |
18 | Kipr | 9.125 | 4.000 | 2.750 | 3.300 | 1.750 | 20.925 | 4/ 4 |
19 | Polşa | 6.625 | 2.500 | 3.125 | 4.750 | 2.250 | 19.250 | 2/ 4 |
20 | İsveç | 2.900 | 5.125 | 3.200 | 3.900 | 2.375 | 17.500 | 4/ 4 |
21 | İsrail | 6.000 | 3.250 | 5.750 | 1.375 | 0.750 | 17.125 | 2/ 4 |
22 | Belarus | 3.125 | 4.500 | 1.750 | 5.500 | 1.375 | 16.250 | 2/ 4 |
23 | Şotlandiya | 2.750 | 4.300 | 3.250 | 4.000 | 1.500 | 15.800 | 2/ 4 |
24 | Danimarka | 3.100 | 3.300 | 3.800 | 2.900 | 2.500 | 15.600 | 3/ 4 |
25 | Norveç | 2.300 | 4.900 | 2.600 | 2.200 | 2.750 | 14.750 | 4/ 4 |
26 | Sloveniya | 2.250 | 3.250 | 2.625 | 4.000 | 1.000 | 13.125 | 4 |
27 | Bolqarıstan | 1.500 | 0.750 | 5.625 | 4.250 | 1.000 | 13.125 | 4 |
28 | Serbiya | 2.125 | 3.000 | 2.500 | 2.750 | 1.875 | 12.250 | 2/ 4 |
29 | Azərbaycan | 1.375 | 3.000 | 2.500 | 3.625 | 1.750 | 12.250 | 3/ 4 |
30 | Slovakiya | 2.375 | 1.500 | 1.625 | 2.750 | 3.000 | 11.250 | 3/ 4 |
31 | Qazaxıstan | 1.625 | 1.375 | 3.125 | 3.375 | 1.250 | 10.750 | 2/ 4 |
32 | Macarıstan | 2.250 | 3.000 | 0.875 | 2.125 | 1.500 | 9.750 | 2/ 4 |
33 | Lixtenşteyn | 2.000 | 0.000 | 1.000 | 2.500 | 4.000 | 9.500 | 1/ 1 |
34 | Moldova | 0.500 | 2.250 | 3.375 | 1.750 | 1.125 | 9.000 | 1/ 4 |
35 | İslandiya | 1.375 | 1.250 | 2.500 | 2.500 | 1.125 | 8.750 | 4 |
36 | Gürcüstan | 2.875 | 1.500 | 1.875 | 1.250 | 0.625 | 8.125 | 4 |
37 | Finlandiya | 1.500 | 2.000 | 0.500 | 2.400 | 0.750 | 7.150 | 1/ 4 |
38 | Bosniya | 1.125 | 1.250 | 1.500 | 1.750 | 1.500 | 7.125 | 1/ 4 |
39 | Albaniya | 0.875 | 0.750 | 2.000 | 0.875 | 1.125 | 5.625 | 2/ 4 |
40 | Makedoniya | 1.625 | 1.250 | 0.500 | 1.125 | 1.000 | 5.500 | 1/ 4 |
41 | İrlandiya | 1.500 | 1.000 | 0.250 | 2.000 | 0.700 | 5.450 | 5 |
42 | Latviya | 0.625 | 1.250 | 1.625 | 0.250 | 1.625 | 5.375 | 4 |
43 | Lüksemburq | 1.125 | 1.375 | 1.500 | 0.500 | 0.750 | 5.250 | 4 |
44 | Çernoqoriya | 0.500 | 1.375 | 1.250 | 0.750 | 1.000 | 4.875 | 4 |
45 | Litva | 1.000 | 1.125 | 1.250 | 0.500 | 0.750 | 4.625 | 4 |
46 | Şim. İrlandiya | 0.500 | 1.000 | 0.875 | 1.375 | 0.750 | 4.500 | 4 |
47 | Estoniya | 0.375 | 0.375 | 1.000 | 1.500 | 1.000 | 4.250 | 4 |
48 | Ermənistan | 0.125 | 0.875 | 1.125 | 0.375 | 1.625 | 4.125 | 4 |
49 | Farer adaları | 0.500 | 0.500 | 0.875 | 1.375 | 0.375 | 3.625 | 4 |
50 | Malta | 0.833 | 0.875 | 0.875 | 0.125 | 0.875 | 3.583 | 4 |
51 | Uels | 0.625 | 0.500 | 0.750 | 0.125 | 1.500 | 3.500 | 4 |
52 | Cəbəllütariq | 0.000 | 0.000 | 0.000 | 0.250 | 0.750 | 1.000 | 2 |
53 | Andorra | 0.000 | 0.000 | 0.333 | 0.500 | 0.166 | 0.999 | 3 |
54 | San Marino | 0.000 | 0.000 | 0.333 | 0.000 | 0.000 | 0.333 | 3 |