- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycanı Avropa Liqasında təmsil edən “İnter”lə “Qəbələ” artıq bu turnirin üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb. Allsport.az xəbər verir ki, komandalarımızın növbəti rəqibləri də bəllidir.
“İnter”in rəqibi öncədən bəlli idi. Belə ki, mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlayan İspaniyanın “Atletik” klubu “İnter” – “Hafnarfyordur” (İslandiya) cütünün qalibini gözləyirdi. Bakı klubu islandları mübarizədən kənarlaşdırmaqla (səfərdə 2:1, evdə 2:2) İspaniya klubuna rəqib oldu.
“Qəbələ” isə Kiprin “Apollon” komandası ilə qarşılaşacaq. Bu komanda ikinci təsnifat mərhələsində Litvanın “Trakay” klubu ilə mübarizə aparırdı. Kiprlilər bu rəqibinə ev oyununda 4:0 hesabıyla qalib gəlmişdilər. Cavab qarşılaşmasında isə qapılara qol vurulmayıb. Beləcə, “Apollon” üçüncü təsnifat mərhələsinə vəsiqə qazanaraq, “Qəbələ” ilə oynamaq şansı qazanıb.
Qeyd edək ki, Avroliqanın üçüncü təsnifat mərhələsinin ilk oyunları iyulun 30-da, cavab qarşılaşmaları isə avqustun 6-da baş tutacaq. “İnter” ilk oyununu səfərdə, cavab görüşünü evdə keçirəcəksə, “Qəbələ” öncə doğma meydanda oynayıb, cavab qarşılaşması üçün səfərə yollanacaq.