- Baxış sayı: 29
- 16 Mart 2026 23:12
- Baxış sayı: 140
- Mart 16, 2026
- 0

Asiya futbol konfederasiyasının (AFC) baş katibi Vindzor Con İran futbol federasiyasının 2026-cı il dünya çempionatından imtina etmək niyyəti barədə təşkilata heç bir rəsmi bildiriş göndərmədiyini açıqlayıb.
Allsport.az xəbər verir ki, baş katib hazırda gərgin bir dövrün yaşandığını, lakin AFC-nin İranın turnirdə iştirakını dəstəklədiyini bildirib: “Sonda qərar ölkənin futbol federasiyasından asılıdır. Hazırda federasiyanın ritorikası komandanın dünya çempionatında oynayacağı yönündədir. Onlar turnirə vəsiqə qazanıblar və biz onların iştirak etməsini istəyirik. Ümid edirik ki, bütün məsələləri həll edib mundiala qatıla biləcəklər”.
DÇ-2026-ya vəsiqə qazanan İran millisi “G” qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə aparmalıdır. Komandanın qrupdakı hər üç oyunu ABŞ ərazisində keçirilməlidir. 2026-cı il dünya çempionatı gələn yay ABŞ, Kanada və Meksikada təşkil olunacaq.