“İran millisi DÇ-2026-da iştirak edəcək, alternativ planımız yoxdur”

FİFA prezidenti Canni İnfantino İran milli komandasının ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirakı ilə bağlı yaranan suallara aydınlıq gətirib.

Allsport.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri İran yığmasının turnirdə iştirakının qəti olduğunu bildirib: “Biz İran komandasının çətin vəziyyətdə olduğunu anlayırıq və reallığı düzgün qiymətləndiririk. Buna baxmayaraq, heç bir alternativ planımız – nə “B”, nə “C”, nə də “D” planı yoxdur. Yalnız plan “A” mövcuddur. Biz onların dünya çempionatındakı oyunlarının maksimum rahat şəraitdə keçməsi üçün əlimizdən gələni edəcəyik”.

İnfantino vurğulayıb ki, FİFA mürəkkəb geosiyasi vəziyyətə təsir edə bilməsə də, futbolun insanları birləşdirmək gücünə inanır. O, həmçinin əlavə edib ki, İran millisi turnirə vəsiqəni vaxtından əvvəl və yalnız idman prinsiplərinə əsasən qazandığı üçün bu nəticəyə hörmətlə yanaşılmalıdır.

Həmin kateqoriyadan