- Baxış sayı: 14
- 01 Aprel 2026 17:33
- Baxış sayı: 815
- Mart 30, 2026
- 0

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az xəbər verir ki, Aleksey İsayev bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq.
24 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb. İsayev karyerası ərzində Rusiyanın “Yenisey” (2014-17, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış edib. Millimizə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” (2018-2020) olub.
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah”, daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev və Slavik Alxasovu heyətinə cəlb edib.