İslam oyunları üçün millimizin heyəti müəyyənləşib

4-cü İslam həmrəyliyi oyunlarında, dünya çempionatının seçmə və Avropa çempionatının final mərhələlərində mübarizə aparacaq voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin bu yarışlara hazırlıq üçün ilkin heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, qarşıdakı 3 böyük sınaqda təlim-məşq toplanışına 30 idmançı cəlb olunub.

Bunlar Polina Rəhimova, Valeriya Məmmədova, Kseniya Qoçigid, Odina Bayramova, Kristina Yaqubova, Şəfaqət Həbibova, Yana Kulan, Aynur Kərimova, Ayşən Abduləzimova, Olena Həsənova, Marqariya Əzizova, Oksana Kiselyova, Ceyran Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Qurbanova, Yekaterina Jidkova, Yana Əzimova, Anita Bredis, Yuliya Kərimova, Kseniya Pavlenko, Anastasiya Bessonova, Anastasiya Baydyuk, Leyla Parşkova, Nelli Salbişvili, Leysan Lyovkina, Nərminə Musayeva, Yuliya Pşeniçnıx, Ülkər Kərimova və Anastasiya Şaşındır.

Həmin kateqoriyadan