İsrafilov bəraət aldı

Millimizin və İspaniyanın “Albasete” klubunun futbolçusu Eddi İsrafilov bəraət alıb. Allsport.az xəbər verir ki, “Eybar”ın formasını geyindiyi vaxtda komanda yoldaşları olmuş Serji Enrix və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılan milliləşdirilmiş futbolçu məhkəmənin qərarı ilə bəraət alıb.

Enrix və Luna isə 2 illik həbs cəzasına məhkum edilib.

Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisində çıxış edir. Hazırda “Albasete”də forma geyinən Eddi 2015/16 mövsümünü “Eybar”da keçirib.

Həmin kateqoriyadan