- Baxış sayı: 21
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 143
- Noyabr 28, 2024
- 0
Avropa İttifaqı idmançılara ikili karyera imkanı yaradılmasını nəzərdə tutan “SportEnt” layihəsinə Erasmus+ proqramı çərçivəsində qrant ayırıb. Allsport.az xəbər verir ki, layihədə AFFA-dan başqa Sloveniya və Makedoniya futbol ittifaqları, beynəlxalq basketbol federasiyası, “TDM 2000 International” (İtaliya), “Caceres Chamber of Commerce” (İspaniya) və “EU15 ltd” (Birləşmiş Krallıq) şirkətləri iştirak edir.
Peşəkar idmançıların elit idmanda karyeraları adətən qısa olur. Bir çox idmançılar karyera keçidinə hazır olmadan idman karyeralarını bitirirlər və işsizliklə üzləşirlər. Layihə çərçivəsində idmançıları qazanılmış xüsusiyyətlərə əlavə olaraq sahibkarlıq təlimləri vasitəsilə şəxsi işini qurmağa hazırlamaq nəzərdə tutulub.
Məqsəd idmanla məşğul olan şəxslərə (18-30 yaş) öz sahibkarlıq bacarıqlarını inkişaf etdirməklə məşğulluq potensialını artırmaq üçün real imkanlar yaradacaq təlimlər və tədris materialları hazırlamaqdır. Futbol digər idman növlərinə tətbiq edilə biləcək metodoloji nümunə kimi götürüləcək. Layihənin ilk mərhələsi olaraq iştirakçı ölkələrdə futbolçular arasında futboldan sonrakı karyeraları ilə bağlı sorğu keçirilir. Layihə ilə bağlı ətraflı məlumatı www.sportent.org internet səhifəsindən əldə etmək olar.
Avropa komissiyası ilə UEFA arasında Avropada idmana birgə investisiya ilə bağlı bəyannamə imzalanıb və bu Avropa İttifaqına üzv olan və olmayan ölkələrin milli assosiasiyalarına müxtəlif layihələr üzrə birbaşa investisiya və dəstək proqramlarında iştirak üçün şərait yaradır.