- Baxış sayı: 25
- 01 Fevral 2026 12:52
- Baxış sayı: 111
- Yanvar 30, 2026
- 0

“Kəpəz” premyer liqanın XVIII turunda evdə “Şamaxı”ya uduzub – 0:2.
Allsport.az xəbər verir ki, görüşdən sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı baş tutub:
“Oyunun çətin olacağını, ötən turda alınan məğlubiyyətdən sonra “Şamaxı”nın bu görüşə daha məsuliyyətli yanaşacağını bilirdik. Biz də maksimum şəkildə matça hazırlaşmaq istədik. Təəssüflər olsun ki, səhvlər elədik və istəmədiyimiz bir məğlubiyyət yaşadıq. Rəqibi təbrik edirəm. Çempionatın ikinci hissəsi yeni başlayıb. Qarşıda çətin oyunlarımız var. İnanıram ki, öhdəsindən gələcəyik”.