Jelko Sopiç: “0:10 hesabı ilə də uduza bilərdik”

Premyer liqanın 20-ci turunun “Neftçi” – “Sabah” (4:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Jelko Sopiç fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, xorvat mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

“İnanıram ki, “Neftçi”nin qapıçısı yaxşıdır. Bu, hazırda ən vacib məsələdir. Bu oyunda keçidlərə üstünlük vermək istəyirdik. Rəqibin ilk zərbəsi qol oldu. Oyunun qırılmaq nöqtəsi ikinci qol idi. 0:10 hesabı ilə də uduza bilərdik, amma 2-ci topu buraxmamalıyıdıq.

Həftə ərzində standart vəziyyətlər üzərində işləmişdik. Rəqibin bu anlarda necə oynayacağını bilirdik. İkinci topdan sonra çox çətin oldu. Çünki onların ekstra keyfiyyətli və sürətli futbolçuları var. Hesab qanunauyğun oldu”.

Həmin kateqoriyadan