- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə məğlub olan “Sabah”ın baş məşqçisi Jelko Sopiçin matçdan sonra mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 2:3 hesabıyla bitən görüşü şərh edib:
“Rəqibi mərhələ keçdiyi üçün təbrik edirəm. Bu gün bizdən daha yaxşı çıxış etdilər. Mən oyunçularıma pis heç nə deyə bilmərəm. Onlar hər şeyi etdilər. Biz oyunu Qəbələdə uduzmuşduq. İlk hissədə 2 dəfə gəldilər və qol vurdular. Oyunçularıma bu gün meydanda verdiyi hər şey üçün təbrik edirəm”.