- Baxış sayı: 20
- 29 Noyabr 2024 12:12
- Baxış sayı: 139
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 15-ci turunun “Zirə” – “Sabah” oyunundan (2:0) sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Jelko Sopiç fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis məğlubiyyəti şərh edib:
“Birinci hissədə oyuna nəzarət edirdik. Sadəcə, “Neftçi” ilə matçdakı kimi son dəqiqələrdə qol buraxdıq. “Zirə” yaxşı komandadır. Hücumda sürətli futbolçuları var. Bu rəqibə qarşı oynamaq asan deyildi. Fasilədən sonra hücuma atıldıq. Bu isə rəqibin sürətli futbolçuları üçün boşluqlar yaranmasına səbəb oldu”.
Ümid edirəm ki, Xulio Sezar bizə gələcəkdə çox kömək edəcək. Xulio bizimlə sadəcə, bir məşqdə iştirak edib. Eyni zamanda Koçuk da 2-3 məşqdə olub. Bu, şahmat deyil ki, fiqurları düzəsən. Onların bizə uyğunlaşması üçün vaxt lazımdır”.