- Baxış sayı: 205
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 205
- Dekabr 05, 2025
- 0

“Sabah”ın baş məşqçisi Jelko Sopiç Antalyadakı təlim-məşq toplanışında Macarıstanın “Pakş” klubuna qarşı keçirdikləri yoxlama oyunundan danışıb. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 0:2 hesablı məğlubiyyəti şərh edib:
“İlk 60 dəqiqədə göstərdiyimiz oyundan məmnun qaldım. Meydanda rəqibdən daha yaxşı təsir bağışlayırdıq. Bir neçə qol fürsəti qazandıq, lakin bu imkandan istifadə edə bilmədik. Toplanış çərçivəsində ilk yoxlama matçımız olduğunu nəzərə alaraq, gələcək üçün ümid verdiyini deyə bilərəm”.