- Baxış sayı: 30
- 29 Noyabr 2024 20:28
- Baxış sayı: 142
- Noyabr 28, 2024
- 0
Premyer liqanın cari mövsümündə qələbə seriyasını 15 oyuna çatdıran “Qarabağ” ölkə çempionatları tarixində 3-cü göstəriciyə nail olub. Allsport.az xəbər verir ki, yarışın mütləq rekorduna isə 1997-98-ci illərdə “Kəpəz” imza atıb.
Gəncə təmsilçisi ardıcıl 20 görüşdə qalib gəlib. İkinci yerdə 16 oyunda xal itkisi ilə üzləşməyən “Turan” qərarlaşıb.
Ümumiyyətlə, 9 dəfə komandalar 12 və ya daha çox oyunda qələbələri sıralayıb. “Neftçi” üç, digər klublar hərəyə bir belə seriyaya nail olub. “Ağ-qaralar”ın iki belə uğuru eyni mövsümə təsadüf edib. Startda 25 matçda 24 qələbə qazanan bakılılar 2 dəfə 12 oyunluq qalibiyyət seriyanı sıralayıb.
Azərbaycan çempionatlarında ən uzun qələbə seriyaları:
1. “Kəpəz” (22.11.1997-19.09.1998) – 20
2. “Turan” (06.03.1994-18.09.1994) – 16
3. “Qarabağ” (15.03.2019-06.10.2019) – 15
4. “Şəmkir” (08.03.2001-22.09.2001) – 14
5-6. “Neftçi” (27.09.2003-11.09.2004) – 13
“Xəzər Lənkəran” (27.04.2007-30.09.2007) – 13
7-9. “Neftçi” (08.05.1992-26.06.1992) – 12
“Neftçi” (05.07.1992-15.09.1992) – 12
“Xəzər” S (10.05.1992-10.07.1992) – 12.