- Baxış sayı: 38
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 789
- Mart 30, 2026
- 0

Gəncə şəhər stadionunda yeni süni örtüklü meydançanın salınması prosesi başa çatıb. Allsport.az saytı xəbər verir ki, standart ölçülərə malik meydançanın uzunluğu 105, eni isə 68 metrdir. Meydançanın kənarında soyunub-geyinmə kabinələri qoyulub, ətraf ərazi asfaltlanıb.
Futbol infrastrukturunun inkişafı məqsədilə ilə həyata keçirilən layihə AFFA tərəfindən icra olunub. Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə assosiasiyanın maliyyə dəstəyi ilə tam olaraq yenilənib.
Bundan əlavə, arenanın ərazisində 2015-ci ildə qurumun köməkliyi ilə süni örtüklü mini meydança da salınıb.