- Baxış sayı: 3
- 27 Mart 2026 21:10
- Baxış sayı: 22
- Mart 27, 2026
- 0

Türkiyəli idman jurnalisti Caner İşbegəndirən “Qalatasaray”ın cinah futbolçusu Kərəm Aktürkoğlunun Moskva “Spartak”ına mümkün transferi ilə bağlı məlumat verib.
Allsport.az xəbər verir ki, bu barədə o, özü açıqlama verib:
“Bu həftə bu transferin taleyi ilə bağlı hər şey aydın olacaq, amma nəzərə almalıyıq ki, milli komandalar üçün fasiləmiz var. Kerem agentini dəyişib və indi Davila ilə işləyir. Uilyam baş direktorla görüşəcək və digər agent Cenk Melih Yazıcı vasitəsilə “Qalatasaray” “Spartak”ın son təklifini dəyərləndirəcək”.