Kamandan oxatma üzrə millimiz Avropa çempionatında

Azərbaycanın kamandan oxatma üzrə komandası növbəti mötəbər qitə birinciliyinə yollanır.

Allsport.az xəbər verir ki, seçmə komandamız 16–21 fevralda Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək “Qapalı məkanda kamandan oxatma üzrə Avropa çempionatı”nda ölkəmizi təmsil edəcək.

Turnirdə Yaylagül Ramazanova, Fatimə Hüseynli, Məhəmmədəli Əliyev, Lalə Əbdürəhmanova, Nilufər Ağaməmmədli, Lalə İsmayılova, Yağmur Qurbanlı, Sərdar Vəliyev, Nurlan Rəhimli və Hüseyn Məhərrəmov güclərini sınayacaqlar.

​Proqrama əsasən, milli komandamızın üzvləri fərdi, komanda və qarışıq (mixed) yarış növlərində mübarizə aparacaqlar.

Həmin kateqoriyadan