- Baxış sayı: 78
- 07 Mart 2025 21:38
- Baxış sayı: 75
- Aprel 09, 2025
- 0
Türkiyə PTT 1-ci liqasında 5-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” da növbəti matçında çıxıb.
Sözügedən klub doğma meydanda “1461 Trabzon”la qarşılaşıb. “Karşıyaka” 42 və 59-cu dəqiqələrdə vurduğu qollarla hesabda yaxşı üstünlük əldə etməsinə baxmayaraq, bu görüşdən məğlub ayrılıb. Belə ki, 2:0 hesablı üstünlükdən arxayınlaşan izmirlilər, bundan sonra 6 dəqiqə ərzində 3 top buraxıb. Start heyətdə meydana çıxan və 90 dəqiqə mübarizə aparan Kamran 61, 64 və 68-ci dəqiqələrdə qapısında qol görüb.
Qeyd edək ki, “Karşıyaka” 5 turdan sonra 5 xala malik “Karşıyaka” 11-ci pillədə qərarlaşıb.