- Baxış sayı: 102
- 21 Oktyabr 2025 19:23
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0
Türkiyə PTT 1-ci liqasında 28-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, hesabat turunda azərbaycanlı futbolçular – Kamran Ağayevlə Vaqif Cavadovun komandaları üz-üzə gəlib.
Belə ki, Kamranın komandası – “Kayserispor” doğma meydanda Vaqifin klubu “Boluspor”u qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Ağayev sonadək mübarizə aparıb və növbəti dəfə qapısını toxunulmaz saxlaya bilib. Cavadov isə görüşün 82-ci dəqiqəsində mübarizəyə qoşulub.
Qeyd edək ki, “Kayserispor” hazırda 60 xalla turnir cədvəlinin birinci, “Boluspor” isə 32 xalla 14-cü pillədə qərarlaşıb.