- Baxış sayı: 183
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 183
- Dekabr 05, 2025
- 0

AFFA intizam komitəsinin bugünkü iclasında premyer liqanın 15-ci turunun oyunlarında baş verənlərlə bağlı qərarlar açıqlanıb. Allsport.az xəbər verir ki, “Sumqayıt” – “Səbail” matçında “Səbail”in qapıçısı Kamran Ağayev “kobud oyuna” görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.
“Səbail”in futbolçusu Peyman Keşavarzi ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
“Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Zirə” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.