- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Ağ şəhər”də tikilməkdə olan “Hünər qüllələri” adlanan yaşayış kompleksinin məxsus olduğu “Huner Group” futbol meydançasından çəkilən videoçarx paylaşılıb. Allsport.az saytı xəbər verir ki, orda millimizin və “Keşlə“nin qapıçısı Kamran Ağayev də yer alıb. Bu isə AFFA tərəfindən ciddi narazılığa səbəb olub. Bunu “Report”a qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib. Onun sözünə görə, video-çarxda Kamranın geyindiyi futbol geyimi qurumun rəsmi qeydiyyatdan keçmiş əmtəə nişanıdır və bun üçün izacə olmalıdır:
“Mövcud qanunlara əsasən, AFFA-nın əmtəə nişanından təşkilatın razılığı olmadan istifadə etmək olmaz. Biz də bununla bağlı həmin şirkətə narazılığımızı çatdırmışıq. Bildirmişik ki, sizin videoda AFFA ilə razılaşdırılmamış, bizə məxsus olan nişandan istifadə olunub. Məsələ bundan ibarətdir. Tikinti şirkətinin rəsmisi millinin keçmiş baş məşqçisi ilə bağlı məsələni qabardıb. Bunun heç bir əsası, məsələnin ona aidiyyəti də yoxdur”.
Məhkəməyə müraciət etmədiklərini bildirən həmkarımız “Bizim tələbimiz ondan ibarətdir ki, icazəmiz olmadan reklam videosunda əmtəə nişanımız istifadə olunmasın. Videonun yayımlanmamasını tələb etmişik. Yenə yayımlanacağı təqdirdə, atılacaq addımlarla bağlı ictimaiyyətə məlumat verəcəyik” deyib.
Öz növbəsində, Ağayev “Report”a açıqlamasında məsələnin mahiyyətindən məlumatsız olduğunu söyləyib: “Reklama çəkilməyimin nəyi düzgün deyil, anlamıram. Bu, mənim şəxsi həyatımdır. Həmin vaxt milli komandanın təlim-məşq tolanışında olmamışam. Bu reklam da çoxdan çəkilib, yeni deyil. Azərbaycanda millinin formasını geyinən o qədər vətəndaş var ki… Söhbətin nədən getdiyini dəqiq bilmədiyim üçün bu cür danışıram”.
33 yaşlı qolkiperin sözünə görə, çəkildiyi video-çarxla bağlı ona heç bir irad bildirilməyib: “Millinin forması ilə meydana da çıxıram, gəzirəm, maşın da yuyuram, kross da qaçıram, toya da gedirəm. Bir sözlə, hər şey edirəm. Reklamın buna nə dəxli var ki? İndi bildiyimi deyirəm, bəlkə, başqa nüanslar var. Ola bilər ki, doğrudur. Amma bunu indi eşidirəm. Zəng ediblərsə, demək, bir şey var. Formanın üstündə loqonun olub-olmadığını xatırlamıram. Loqo olubsa, bunu başa düşərəm”.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı ilk bilgini futbolinfo.az saytı yayıb.