- Baxış sayı: 102
- 21 Oktyabr 2025 19:23
- Baxış sayı: 62
- Dekabr 05, 2025
- 0
Türkiyə PTT 1-ci liqasında 20-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Ağayevin komandası – “Kayserispor”la Branimir Subaşiçli “Manisaspor” da növbəti matçına çıxıb.
Futbolçularımızın komandası bir-bir ilə üz-üzə gəlib. Kayseridə keçirilən oyunda meydan sahibləri 2:1 hesabıyla qalib gəliblər. Ağayevlə Subaşiç qarşılaşmaya ehtiyatda başlayıb. Kamrana oynamaq şansı verilməyib. Branimir isə 80-ci dəqiqədə meydana çıxıb və 10 dəqiqə sonra sarı vərəqə almaqla yadda qalıb.
Qeyd edək ki, “Kayserispor” hazırda 43 xalla 1-ci, “Manisaspor” 17 xalla 17-ci pillədə qərarlaşıb.