- Baxış sayı: 102
- 21 Oktyabr 2025 19:23
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Türkiyə PTT 1-ci liqasında 9-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” da növbəti matçında çıxıb.
Sözügedən klub doğma meydanda “Elazığspor”la qarşılaşıb. “Karşıyaka” bu görüşdə 2:0 hesablı qələbəyə sevinib. Start heyətdə meydana çıxan Kamran yenə 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, “Karşıyaka” 9 turdan sonra 9 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.