- Baxış sayı: 102
- 21 Oktyabr 2025 19:23
- Baxış sayı: 61
- Dekabr 05, 2025
- 0

Türkiyə PTT 1-ci liqasında 7-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” da növbəti matçında çıxıb.
Sözügedən klub doğma meydanda “Alanyaspor”la qarşılaşıb. “Karşıyaka” bu görüşdə 2:2 hesablı heç-heçəyə razılaşıb. Start heyətdə meydana çıxan Kamran yenə 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, “Karşıyaka” 7 turdan sonra 6 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.