- Baxış sayı: 102
- 21 Oktyabr 2025 19:23
- Baxış sayı: 35
- Dekabr 05, 2025
- 0

Türkiyə PTT 1-ci liqasında 4-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası – “Karşıyaka” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Boluspor”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Kamran ilk iki turda olduğu kimi, bu dəfə də start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki “Karşıyaka” 4 turdan sonra 5 xalla doqquzuncu pillədə qərarlaşıb.