- Baxış sayı: 78
- 07 Mart 2025 21:38
- Baxış sayı: 84
- Aprel 09, 2025
- 0
Türkiyə Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası – “Kayserispor” da növbəti matçına çıxıb.
Kayseri təmsilçisi doğma meydanda Super Liqa klubu olan “Sivasspor”u qəbul edib. Matç 1:1 hesabıyla başa çatıb. Kamran Ağayev matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, bu klublar arasındakı cavab görüşü aprelin 7-də baş tutacaq.