- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin prezidenti Kamran Quliyev Avropa liqasının II təsnifat mərhələsində “Qalatasaray”a rəqib olmalarına münasibət bildirib. Allsport.az xəbər verir ki, klub rəhbəri iki qardaş ölkənin ən böyük komandalarının qarşı-qarşıya gələcəklərini söyləyib:
“Çox sevindik. Dünyada yayılan koronavirus səbəbindən bu qarşılaşma azarkeşsiz keçiriləcək . Azarkeş olmayacağı üçün təəssüflənirik. Mükəmməl bir matç olacaq. İnanıram ki, bu görüş tarixə düşəcək. Hər iki komandanın oyundan əvvəl mərhələ keçmək ehtimalları bərabərdir. “Qalatasaray”ı evimizdə qəbul edəcəyik. Onların gücünə və tarixinə hörmət edirik, amma biz də 83 illik klubuq. Bu qarşılaşmadan gözləntimiz böyükdür. Turu keçmək istəyirik”.
Sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da start götürəcək.