- Baxış sayı: 14
- 29 Noyabr 2024 10:46
- Baxış sayı: 138
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin prezidenti Kamran Quliyev Roberto Bordinin istefaya göndərilməsindən danışıb. Allsport.az xəbər verir ki, o, “CBC Sport”a açıqlamasında italiyalı mütəxəssislə dostcasına ayrıldıqlarını bildirib. Klub rəsmisi məşqçinin heç bir şərt irəli sürmədiyini söyləyib:
“10 gün bundan əvvəl müşahidə şurasının qərarı ictimaiyyətə çatdırılmışdı. Amma sonrakı gedişat bizim üçün bu addımı atmağa səbəb oldu. Vəziyyət ürəkaçan deyildi. Dostcasına ayrıldıq. Bordin heç bir şərt irəli sürməyib. Təbii ki, biz hər şeyi izah etdik. Ona gələcək işində müvəffəqiyyətlər arzuladıq, təşəkkürümüzü bildirdik. Hesab edirəm ki, Bordinin dövrü “Neftçi”nin tarixinə, kitabına yazılacaq. Eyni zamanda, bizim təklif etdiyimiz bütün şərtlərə razılıq verdi və onunla vidalaşdıq”.
Kamran Quliyev yeni baş məşqçi məsələsinə də toxunub: “Bizim güclü komandamız var. Füzuli müəllim də əlindən gələni edəcək, komandamızı daha yaxşı vəziyyətə gətirəcək. Yalnız bundan sonra baş məşqçi barədə söhbət edə bilərik. Bu gün Füzuli Məmmədov bizim baş məşqçimizdir. Yeni çalışdırıcı axtarışında deyilik və komandanı mövsümün sonuna kimi o çalışdıracaq”.