Kapitan: “Məqsədimiz Avropa Liqasında çıxmaqdır”

“Keşlə”nin futbolçusu Slavik Alxasov klubun saytına açıqlama verib.

Allsport.az xəbər verir ki, komandanın kapitanı açıqlamasında Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirib və mövsümün ikinci yarısı barədə danışıb:

“Düşünürəm ki, mövsümün ilk yarısını yaxşı nəticə ilə başa vurduq. Əsas məqsədimiz ilk 3-lükdə qərarlaşmaq idi və bunu da bacardıq. Məqsədimiz Avropa Liqasında çıxmaqdır. Lakin artıq birinci dövrəni unudub, qarşıdakı 14 oyun haqqında düşünməliyik. Qış transfer pəncərəsi dövründə rəqiblərimiz güclənir, qarşıda bizi çətin oyunlar gözləyir”.

Həmin kateqoriyadan